Xaricdə təqaüdlə təhsil almaq – 2022

Xaricdə təhsil almaq yeni təcrübə, fərqli dünyagörüşü və geniş imkanlar deməkdir. Hər il Azərbaycandan çoxsaylı tələbələr xaricə təhsil almaq məqsədilə gedirlər. Akademik göstəriciləri yaxşı olan tələbələr üçün xüsusi təqaüd proqramları ayrılır. Bu məqalədə həmin proqramlar haqqında məqalə hazırlamışıq.

1. Chinese Government Scholarship

Azərbaycandan olan tələbələr əsasən iki kateqoriya üzrə müraciət edə bilər: tip A və tip B. A kateqoriyası üzrə qəbul və sənədləşmə Azərbaycan Təhsil Nazirliyi xətti ilə həyata keçirilir. B kateqoriyası üzrə müraciətlər isə tələbələr təqaüd üçün birbaşa fərdi şəkildə müraciət edirlər. Hər iki kateqoriyada son mərhələ Nazirlik və müraciət olunan universitet seçilmiş tələbələri müsahibə üçün Konsulluğa göndərir. Təqaüdə nələr daxildir:

  1. Təqaüd sizi təhsil alacağınız universitetin təhsil haqqından azad edir.
  2. Universitet yataqxanasında ödənişsiz qalmaq imkanı verir.
  3. Bakalavrlar üçün 2500 yuan (360 dollar), magistrlər üçün isə 432 dollar təqaüd ayrılır.
  4. Təhsil aldığınız müddətdə sizi tibbi sığorta ilə təmin edir, hər tədris ilində bir dəfə gediş-dönüş bileti verilir.

Tələb olunan sənədlər:

Bakalavr üçün müraciət edənlər, attestat, diplomun ingilis dilinə notarial qaydada tərcümə və təsdiq edilmiş surəti, transkriptin ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti, iki ədəd tövsiyə məktubu, sağlamlıq haqqında arayış və dil sertifikatı təqdim etməlidirlər.

2. Visby Program Scholarship

İsveç, Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Rusiya, Ukrayna vətəndaşı olan magistr namizədləri üçün nəzərdə tutulmuş təqaüd proqramıdır. Hazırda Avropa ölkələrinə verilən təqaüdlər arasında ən sanballı, ən potensiallı, eyni zamanda qazanılması ən çətin təqaüd proqramlarından biridir. Təqaüdə nələr daxildir:

  1. Təqaüd, təhsil alacağınız universitetin təhsil haqqını, aylıq minimum 1000 avroya yaxın yaşayış xərclərini qarşılayır, səyahət xərclərini qarşılamaq üçün isə 500 avro ödəniş ayırır.
  2. Təhsil alacağınız müddətdə sığortalanma və bəzi sistemlərə üzvlük verir.

Tələb olunan sənədlər:

Diplomun və ya təhsilin sonuncu ildə olduğunuza dair arayışın ingilis dilinə notarial qaydada tərcümə və təsdiq edilmiş surəti, transkriptin ingilis dilinə notarial qaydada tərcümə və təsdiq edilmiş surəti, motivasiya məktubu, tövsiyə məktubu, CV, dil sertifikatı, ümumvətəndaş pasportu və bəzi digər sənədlər tələb olunur.

3. Visegrad Scholarship

Çexiya, Polşa, Macarıstan və Slovakiya Universitetlərinin birində təhsilinizi maliyyələşdirən təqaüd proqramıdır. Proqram magistrə müraciət etmək istəyən namizədlər üçün nəzərdə tutulur. Müraciət təxminin fevral ayının ortaları başlayır və deadline 15 marta kimi davam edir. Təqaüdə nələr daxildir:

Təhsil haqqının ödənilməsi üçün illik 3000 avro və yaşayış xərclərini qarşılamaq üçün illik 4600 avro (aylıq 383 avro)

Əəgr təhsil alacağınız ölkə ilə Azərbaycan arasındakı məsafə 1500 km-dən artıq olarsa, səyahət xərcləri proqram tərəfindən qarşılanır.

Tələb olunan sənədlər:

Əvvəldə qeyd etdiyiniz dörd ölkə universitetlərinin birindən qəbul məktubu, əvvəlki təhsilinizin son iki semestrinin qiymətlərini əks etdirən transkript və ümumvətəndaş pasportu tələb olunur.

4. Stipendium Hungaricum Proqramı

Azərbaycandan olan tələbələr üçün Macarıstan tərəfinin ən çox verilən təqaüd proqramıdır. Belə ki, hər il təxminin 200 azərbaycanlı tələbə bu təqaüdü qazanır. Təqaüd həm bakalavr, həm magistr və digər namizədlər üçün nəzərdə tutulmuşdur. Təqaüdə nələr daxildir:

  1. Təqaüd sizi təhsil alacağınız univeristetin təhsil haqqından azad edir.
  2. Universitet yataqxanasında ödəniş qalmaq imkanı verir.
  3. Təhsil alacağınız müddətdə tibbi sığorta ilə təmin edir.
  4. Bakalavr və magistrlər üçün aylıq 123 avro təqaüd ayırır.

Tələb olunan sənədlər:

Bakalavr üçün müraciət edən namizədlər attestatın, magistr namizədləri isə diplomun ingilis dilinə notarial qaydada tərcümə və təsdiq edilmiş surəti, transkriptin ingilis dilinə notarial qaydada tərcümə və təsdiq edilmiş surəti, motivasiya məktubu, tövsiyə məktubları, CV, dil sertifikatı, ümumvətəndaş pasportu və digər sənədlər tələb olunur.

5. Latvian State Scholarship

Təhsil Nazirliyi xətti ilə müraciət edə biləcəyiniz başqa bir təqaüd proqramıdır. Proqram bakalavr və magistrlər üçün nəzərdə tutulub. Bakalavr dərəcəsi üzrə müraciət edənlər təhsillərinin ən azından bir ilini tamamlamış olanlardır. Təqaüdə nələr daxildir: Bakalavr və magistrlər üçün aylıq 500 avro təqaüd

Tələb olunan sənədlər:

Latviya univeritetlərinin birindən alınmış qəbul məktubu, diplom və arayışların ingilis dilində surəti, transkript, motivasiya məktubu, tövsiyə məktubları və digər sənədlər tələb olunur.

0/5 (0 Reviews)