İtaliyada təhsil almaq üçün 5 əsas səbəb

İtaliyada təhsil almaq üçün səbəblər həddindən artıq çoxdur. Amma bu səbəblər individual səbəblərdir. Bəs ümumi hansılardır? İtaliyada oxumaq üçün əsas səbəblərdən biri əgər təhsilinizlə getmək istəyirsinizsə, keyfiyyətli təhsil alacağınıza əmin ola bilərsiniz. İtaliyanın ali təhsili heç də digər ölkələrdən geri qalmır. Hətta bəzi məqamlarda üstələyir. Əgər bu gün Avropa İttifaqını götürsək (İngiltərəni kənara qoysaq), görə bilərik ki, Avropa İttifaqında hal-hazırda Almaniya və İtaliyanın təhsili etiketlənmiş təhsil sistemlərindən biridir. Əlbəttə, Almaniya və İtaliya dediyimiz zaman ilk öncə stereotip formada təhsil ağlımıza gəlir. Avropanın ən qədim universiteti hesab olunan Bolonya Universiteti məhz İtaliyada yerləşir. İtaliyanın əksər prezidenti, parlament üzvləri La Sapienza Universitetindən məzun olmuşlar.

Təqaüd imkanları

Məlum olduğu kimi İtaliyaya gedən tələbələrin böyük əksəriyyəti təqaüdlə təhsil alır. İtaliyada verilən ilk təqaüd need-based, yəni ehtiyacla bağlı verilən təqaüddür ki, Azərbaycandan, o cümlədən Avropa İttifaqından kənar olan ölkələrdən gedirsinizsə, bu zaman sizə 10.000 avroya yaxın təqaüd verilir. Bu bakalavr və magistratura pilləsində də eynidir.

Bakalavr oxumaq üçün İtaliyaya gedə bilərsiniz, lakin fərq ondadır ki, ilk növbədə italyan dilini bilməlisiniz. Çünki italyan dili maraqla öyrənilən dillər arasında 4-cü yeri tutur. İtaliyaya gələn turistlərin çoxu İtaliyadan getdikdən sonra dili öyrənməyə başlayırlar. İtaliyanı ilk növbədə təhsilinə, təqaüd imkanları, mədəniyyəti, dili, əhalisinə görə seçə bilərsiniz.

İtaliya əhalisi Azərbaycan əhalisi ilə xarakter baxımından oxşardır. Onlar da bizim kimi istiqanlı, qonaqpərvərliyi sevirlər. Digər Avropa ölkələrindən fərqli olaraq daha çox büdcə baxımından münasib olduğuna görə İtaliyanı seçə bilərsiniz.

İtaliyada akademik və regional təqaüdlər

Akademik təqaüdləri, əsasən 3 qrupa bölmək olar. Birinci akademik təqaüd proqramı

Invest Your Talent təqaüdü üçün son müraciət tarixi adətən fevral ayının sonlarına təsadüf edir.

İkinci akademik təqaüd proqramı isə İtaliya Xarici İşlər Nazirliyinin verdiyi aylıq 900 avro məbləğində MAEC təqaüd proqramıdır. Üçüncü təqaüd proqramı isə universitetlərin daxili təqaüdləridir. Bu fakültələrə, ixtisaslara görə dəyişə bilər.

Invest Your Talent Təqaüd Proqramı

Bu proqrama hansı tələbələr müraciət edə bilər? İlk olaraq GPA, yəni ortalama bal əsas götürülür. GPA minimum 85-90 arasında olmaldır ki, təqaüdü qazanmaq şansınız daha çox olsun. İkinci olaraq IELTS göstəriciləriniz minimum 6.5 (B2) olmalıdır. İş təcrübənizin olması üstünlükdür. İş təcrübəsi olan tələbələrin qazanma ehtimalı daha çoxdur. Daha sonra isə motivasiya məktubu, tövsiyə məktubları kifayət edir. Digər təqaüdlərdən fərqi odur ki, sizdən 1 dəqiqəlik motivasiya videosu tələb olunur. Bu videoda çox qısa olaraq ixtisasınız, getmək istədiyiniz universitet və ya iş təcrübəniz haqqında danışmağınız kifayət edər. Əsasən, akademik göstəricilər və motivasiya məktubunuz bu təqaüdü qazanmağınızda böyük rol oynayır. Qeyd edək ki, bu təqaüd proqramları spesifik ixtisaslar üçün nəzərdə tutulur və ixtisaslar barədə məlumatları təqaüdün rəsmi veb saytından əldə edə bilərsiniz.

MAECI Təqaüdü

Bu təqaüd üçün son müraciət tarixi may ayının sonları olur. Burada akademik tələblər digər qeyd etdiyimiz Invest Your Talent proqramı ilə oxşardır, lakin fərqli məqam odur ki, sizi birbaşa olaraq İtaliya Səfirliyi dəvət edib sizdən müsahibə götürürlər. Müsahibədə ilk növbədə akademik göstəriciləriniz böyük rol oynayır. Müsahibədə verilən suallara ciddi şəkildə hazırlaşmalısınız. İxtisasınız, universitetiniz, iş təcrübəniz varsa, iş təcrübəniz, yoxdursa akademik nailiyyətləriniz, əsas məsələ müraciət etdiyiniz proqram barədə hərtərəfli araşdırma aparmalısınız.

Bu iki təqaüdə aylıq 900 avro təqaüd, təhsil haqqından azad olunma və 1 illik sığorta, əlavə olaraq italyan dili kursu təmin oluna bilər.

Üçüncü isə universitetlərin daxili təqaüdləri mövcuddur. Universitetlərin daxili təqaüdləri, digər təqaüd proqramlarından müəyyən dərəcədə fərqlidir. Bu, sırf departamentin ixtisasına görə dəyişə bilər.

0/5 (0 Reviews)