Böyük Britaniya üçün tələbə vizası – 2022

Böyük Britaniya tələbə vizası, ölkəyə dil kursu, bakalavr, magistr, doktorantura və s. kimi məqsədlərlə səyahət etmək istəyən şəxslərə verilən viza növüdür. Müraciət ediləcək viza növü özü də bir neçə kateqoriyaya bölünür. Bu kateqoriyalar təhsilin məqsədi və müddətinə görə müəyyən olunur.

İngiltərə Tələbə Səyahət Vizası (Student Visitor Visa), ərizəçiyə ölkədə maksimum 6 aya qədər qalmaq imkanı verir. Bu müddət ərzində viza sahibi ölkədə dil kursları, idman kursları və s. kimi sahələrdə təhsil ala bilər.

İkinci növ viza isə uzunmüddətli tələbə vizasıdır, bu Tier 4 adlanır.

İngiltərə tələbə vizası üçün tələb olunan sənədlər

  • Ərizə forması
  • İngiltərədəki Universitetdən gələn qəbul məktubu: Bu CAS (Confirmation of Acceptance for Studies) adlanır. Qəbul məktubu almayan tələbə viza üçün müraciət edə bilməz.
  • Biometrik Şəkil: Konsulluq tərəfindən tələb olunan formada arxa fonu ağ rəngdə olmalıdır.
  • Təhsil haqqında məlumatları əks etdirən sənədlər: Şəxsin təhsilini sübut edən sənədlər tələbə vizasına müraciət faylında olmalıdır. Bu səbəbdən son məzun olduqları müəssisədən diplom, diploma əlavə tələb olunur.
  • Ailə tərkibi haqqında arayış: Ərizə sahibinə ailə və yaşadığı yerin məlumatlarını göstərən doğum haqqında şəhadətnamə tələb olunur. Bu sənəd şəxsin xaricdə yaşayan qohumunun olub-olmamasına dair sübutu göstərir.
  • Qalacaqları yer və bilet bronu
  • Maliyyə yetərliliyini sübut edən sənəd: İngiltərə Tələbə Vizasına müraciət faylında səyahət edəcək şəxsin məsrəflərinin qarşılanacağına dair lazımi maddi vəsaitə sahib olduğunu göstərən bank hesabı təqdim etməlidir.
  • Xarici pasport
  • Əvvəlki vizaların, giriş və çıxış möhürlərin və s. surəti
  • İngilis dili biliyinizi sübut edən sertifikat. Bu IELTS və ya TOEFL ola bilər. Əgər siz Kanada və ya Avstraliyanın Antigua və Barbuda, Bahamalar, Barbados, Belize, Dominica, Grenada, Guyana, Ireland, Jamaica, Yeni Zelandiya, St. Kitts və Nevis, St Lucia, St Vincent və Grenadinlər, Trinidad və Tobaqo, Birləşmiş Krallıq, ABŞ kimi ölkələrdən birinin vətəndaşısınızsa, dil biliyinizi sübut etməyə ehtiyac yoxdur.

Birləşmiş Krallıqda tələbə vizasına müraciət zamanı 348 sterlinq ödəməlisiniz. Viza üçün ən az 3 ay qabaqcadan müraciət etməlisiniz.

Vizadan imtina cavab aldığım halda nə etməliyəm?

Yalnış qərar verildiyini düşünürsünüzsə, qərara etiraz etmək hüququnuz var. Bunun üçün əlavə 80 sterlinq rüsum ödəməlisiniz.

Viza üçün rüsumu hansı valyuta ilə ödəməliyəm?

Viza üçün rüsum yalnız ABŞ dolları ilə kredit və ya debit kartı vasitəsilə həyata keçirilir.

Vizaya şəxsən müraciət etməliyəm?

Bəli. Ümumiyyətlə, bu bütün ölkələr üçün keçərlidir. Həmçinin, Birləşmiş Krallıqda viza üçün şəxsən müraciət etməli və məlumatlarınızı şəxsən səfirliyə təqdim etməlisiniz.

Vizaya müraciət zamanı ailə üzvlərim və qohumlarımdan başqa kimisə sponsor olaraq göstərmək mümkündür?

Bəli, olar. Hər kəs təhsil xərclərinizi qarşılayacağına dair sponsor ola bilər. Bunun üçün həmin şəxs əsaslı səbəb göstərməlidir.

0/5 (0 Reviews)