Avropada təhsil almaq üçün səbəblər

Hər il dünyanın dörd bir tərəfindən minlərlə tələbə ali təhsil üçün Avropaya üz tutur. Hətta 2012-ci ildə Avropada təhsil almağa gedən tələbələrin sayı 1.4 milyonu ötüb keçmişdir. Bu rəqəm getdikcə artmaqdadır. Minlərlə universitet, araşdırma mərkəzi və ali təhsil müəssisələri ən yaxşı təhsil proqramları üçün tələbələrinə Avropayı tövsiyə edir. Avropada təhsil almaq üçün 8 səbəb:

1. Karyera: Gələcəyinə yön ver

Karyeranızda inkişaf etmək istəyirsiniz? QS-nin (Dünya Universitetlərinin Reytinqi) 2011-ci ildə apardığı Beynəlxalq İşəgötürənlər Ankentinə əsasən, dünya miqyasında 60%-dən çox işəgötürən xaricdə təcrübəsi olanlara daha çox önəm vermişdir.

Avropada təhsil alarkən bacarıq, bilik və təcrübələrinizə yenilərini əlavə edə bilərsiniz. Bununla da işəgötürənlərin dəyər verdiyi profilə sahib ola bilərsiniz. Avropa, güclü beynəlxalq ticarəti, istehsal qabiliyyəti və araşdırma sektorları ilə karyera qura biləcəyiniz əla yerdir.

2. Yüksək keyfiyyətli təhsil

Dünyanın qabaqcıl universitetləri, ən yaxşı imkanlar, ilham verən müəllimlər… Avropa universitetlərində təhsilin keyfiyyətli olmasının əsas səbəbi: yaradıcılıq, yenilik və dəstəyi əsas götürərək sizi həqiqi potensialınıza çatmaqda yardımçı olmalarıdır.

3. Araşdırma sahəsində birincilik: Ən yaxşısı ol!

Karyeranızı daha da irəliyə aparmaq istəyirsiniz? Əgər elədirsə, Avropa sizin üçün çox yaxşı fürsətlər yaradır. 2019-cu ildə Avropada tamştatlı işlərdə işləyən xaricilərin sayı 1.5 milyonu keçmişdir.

4. Dəstək və Dostluq

Avropa, dünyanın müxtəlif yerlərindən gələn tələbələr üçün istiqanlı və səmimi qarşılayan bir yerdir. Avropanın universitet və kollecləri sizə dəstək göstərərək və sosial fəaliyyətlər təklif edərək özünüzü evinizdə kimi hiss etdirir.

Bununla yanaşı, Avropa – yaşamaq üçün ideal bir yerdir. 2018-2019-cu illərin məlumatlarına görə dünyanın ən xoşbəxt 10 ölkəsindən 7-si Avropada yerləşir.

5. Mədəni Təcrübə

Avropada təhsil almaq təkcə dərsləri öyrənib kitabxanalara getmək demək deyil. Eyni zamanda həyatın boyunca yaddaşında qalacaq yeni ölkələri gəzmək deməkdir. Və ən əsası, özünüzü kəşf edəcəksiniz!

Qarlı Skandinaviyadan tutmuş günəşli Ağdənizə qədər Avropanın hər bir tərəfindən nəfəs kəsən təbiəti, hərəkətli şəhərləri və zəngin mədəniyyəti ilə səni gözləyir!

6. Təqaüdlər və xərclər

Avropa ölkələri, tələbələrin maddi vəziyyətini nəzərə alaraq onlara müxtəlif təqaüd proqramları təklif edirlər. Bunu edərkən keyfiyyət standartlarını da aşağı salmırlar.

Avropa miqyasında qeydiyyat xərcləri və yaşam xərcləri digər qitələrdə yerləşən təhsil müəssisələri ilə müqayisədə daha münasibdir. Əslində bəzi Avropa ölkələri pulsuz təhsil proqramları təqdim edir. Bir çox təqaüd və maddi dəstək imkanları mövcuddur.

7. Müxtəliflik

Avropanın digər bir üstünlüyü isə çoxsaylı seçimlər təqdim etməsidir. yüksək keyfiyyətli universitetlər, ali təhsil və araşdırma müəssisələrinin təqdim etdiyi yüzlərlə bakalavr, magistr, doktorantura proqramından tutmuş qısamüddətli mübadilə proqramlarına qədər sizə uyğun olan proqramı seçə bilərsiniz.

8. Xarici dil: İngilis dili və ya beynəxalq bir dili öyrən

Avropa İttifaqında 24 rəsmi vardır. Bəs Avropa ölkələrində təhsil proqramlarının ingilis dilində aparıldığını bilirdiniz mi? Bununla yanaşı, istəsəniz dünyada aparıcı dilləri hesab olunan ispan, fransız, alman, rus, italyan, portuqal, ərəb və s. dillərindən birini öyrənə bilər, bu dillərdə təhsil ala bilərsiniz.

0/5 (0 Reviews)