Avropada Kompüter Elmləri üzrə təhsil almaq – 2022

Kompüter elmləri proqram təminatı, informasiya texnologiyaları və intelektual sistemlərin işlənməsi istiqamətində elmlAraşdırmalar sübut edir ki, kompüter elmləri tələbələrinin məzun olduqdan sonraki ilk 6 ay ərzində iş tapmaq şansları böyükdür. Nəzərə alsaq ki hal-hazırda bütün şöbələrdə kompüterlərdən istifadə olunur, onda bu statistikaya inanmaq olar. Kompüter elmlərinin bütün bu şöbələrdəki rolu sənaye sahəsində baş vermiş problemi həll etmək üçün proqram təminatı hazırlamaqdır.

Son illərdə yüksək texnologiyaların inkişafı Azərbaycanlı tələbələrin də bu sahəyə marağını artırmışdır. Xüsusilə Azərbaycanda orta məktəbi bitirən şagirdlər kompüter elmləri üzrə xaricdə təhsil almaq istəyir. Xüsusilə Hollandiya, Almaniya, Polşa kimi ölkələr uyğun təhsil haqqı ilə yüksək keyfiyyətli təhsil imkanları təklif edir. Bu məqalədə daha münasib təhsil haqqı ilə Avropada Kompüter Elmləri üzrə təhsil ala biləcəyiniz ölkələr və universitetlər barədə məqalə hazırlamışıq.

Hollandiya

Kompüter Elmləri və Mühəndisliyi dedikdə, ağıla ilk növbədə Hollandiya gəlir. Əksər Hollandiya universitetləri mühəndislik təhsili verir. Lakin bu sahədə ən yaxşı universitetləri seçmək çox vacibdir. Delft Universiteti, Eindhoven Texnologiya Universiteti, Amsterdam Universiteti, Twente Universiteti və Groningen Universiteti Hollandiyadakı ən yaxşı mühəndislik universitetləri hesab olunur. Bu universitetlər gələcəyə dair innovativ fəaliyyətlər üzərində çalışır. Məsələn, Twente Universitetinin elektrik mühəndisliyi səhiyyə, enerji və təhlükəsizlik məsələlərində işlər görməkdədir. Hollandiyada mühəndislik təhsili almağın bir çox üstünlükləri vardır. Xüsusilə, İngiltərə və Amerikadan sonra ingilis dilli proqramların ən çox olduğu ölkə Hollandiyadır. Hollandiyada yaşayan əhalinin 70%-i ingilis dilini bilir. Buna görə də ölkədə təkcə ingilis dilini bilməklə heç bir dil baryeri olmadan yaşamaq olar. Digər ölkələrdə mühəndislik ixtisası üzrə təhsil haqları Hollandiya ilə müqayisədə daha yüksəkdir. Bu da Hollandiyada mühəndislik oxumaq üçün cəlbedici faktorlardan biridir. Hollandiyanın təhsil sistemi interaktiv və tətbiqi yönümlülük istiqamətində qurulmuşdur.

Almaniya

Almaniyada kompüter elmləri üzrə magistr proqramları yerli və beynəlxalq tələbələr arasında arasında ən çox tələbat olan proqramlardan biridir. İlk növbədə, Almaniyanı həm təhsil həm də karyera imkanlarına görə seçən beynəlxalq tələbələrlə üçün, bu ölkədə savadlı və istedadlı kadrlara kompüter elmləri sahəsində müdhiş bir məşğulluq bazarı vardır. Dövlət universitetlərində tamamilə İngilis dilində tədris olunan bir çox magistr proqramları üçün təhsil haqqı yoxdur və ödənişsiz formada təhsil mümkündür.

Kompüter elmləri sahəsində Almaniyanın Top Universitetləri:

  1. Technical University of Munich (dünyada 40-cı yerdə)
  2. KIT, Karlsruhe Institute of Technology (51-100)
  3. Ludwig-Maximilians-Universität München (51-100)
  4. RWTH Aachen University (51-100)
  5. Technische Universität Berlin (51-100)

Polşa

Bütün dünyada yüksək İşə götürənlər tərəfindən, Polşada təhsil alan mütəxəssisləri yüksək qiymətləndirirlər. Polşada yüksək keyfiyyətli təhsil və təhsil haqqının aşağı olması azərbaycanlı tələbələrin son illərdə bu ölkəyə marağının artmasına səbəb olmuşdur. Məzun olduqdan sonra Polşa Universitetlərindən alacağınız diplom təkcə Avropada deyil, eyni zamanda dünyanın aparıcı ölkələrində tanınır. Təhsil aldığınız müddətdə aşağı qiymətə komfortlu yataqxanalarda qala bilərsiniz. Polşada kompüter elmləri üzrə təhsil alarkən sahəniz üzrə təcrübə proqramlarında və ya yarımştatlı işlərdə işləyə bilərsiniz. Bu sahə Polşada getdikcə inkişaf etməkdədir və potensiallı tələbələrə hər cür təhsil imkanları yaradılır. Varşava, Lodz kimi universietlər kompüter elmləri və kompüter mühəndisliyi üzrə Polşada aparıcı universitetlər hesab olunur. Polşada illik təhsil haqqı 3000-4000 avro civarındadır. Aylıq yaşam xərcləri isə 400-500 avro arasında dəyişir.

Bu ölkələrin siyahısını artırmaq olar, təbii ki, tələbənin büdcəsindən və ölkədən asılı olaraq qiymətlər də dəyişməkdədir. Əgər siz də bakalavr və ya magistr təhsilinizi Kompüter Elmləri sahəsində almaq istəyir, lakin düzgün seçim etməkdə çətinlik çəkirsinizsə, o zaman bizə müraciət edin. Komandamızın peşəkar xaricdə təhsil mütəxəssisləri suallarınızı cavablandırmağa hazırdır. Qəbul şərtləri və digər məsələlər barədə daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

[bizimleelaqe]
0/5 (0 Reviews)