Bu təqaüd, Birləşmiş Təşkilatların 2030 Agenda for Sustainable Development Planına dəstək məqsədilə yaradılmışdır. Bu təqaüd proqramı təqribən 42 ölkəni əhatə edir. Proqrama müraciət edənlərin 4-6%-i bu təqaüdü qazanır. Təqaüd, universitetin illik təhsil haqqı, yaşam xərcləri, səyahət xərcləri qarşılayır, bundan əlavə netvörkinq təşkilatları, alumni qruplarına üzvlük verir.
Proqram, aylıq yaşam üçün 934 avro dəyərində stipendiya ayırır. Bundan əlavə, proqram spesifik ixtisaslar üçün nəzərdə tutulur. Bunlara: Environmental and Social sustainability, Innovation, Responsibility in Management və ya Sustainable Economic Growth kimi ixtisaslar aiddir.
Təqaüd üçün nələr tələb olunur?
Təqaüd üçün diplom, transkript, motivasiya məktubu, CV, tövsiyə məktubları və iş təcrübəsi tələb olunur. Müraciət üçün xüsusi formalar mövcuddur. Bu formalar vasitəsilə siz CV, tövsiyə məktubu və s. digər sənədlərinizi hazırlamalısınız.
Digər tələblər:
Universitetin bütün tələblərini qarşılamaq
Xüsusi CV
Xüsusi tövsiyə məktubu
Xüsusi motivasiya məktubu
3000 saatlıq iş təcrübəsi. İş təcrübəsi fərqli şəkildə göstərilə bilər.
Referans məktubunu haradan almalıyam?
Tövsiyə məktublarından ən azı biri mütləq şəkildə işlədiyiniz yerdən olmalıdır. İkincisi isə tövsiyə olunur ki, akademik və ya hər hansı təşkilatdakı könüllülük fəaliyyətiniz varsa, oradan almağınız üstünlükdür. Xüsusi formalardan istifadə edərək bu məktubları hazırlamalısınız.
CV hansı qaydada hazırlanmalıdır?
Ümumiyyətlə, CV Europass formatında hazırlanmalı, maksimum 2 səhifə olmalıdır. CV-nizin son hissəsində mütləq şəkildə ümumvətəndaş pasportunuzu əlavə etməlisiniz. Pasportla birlikdə CV maksimum 3 səhifə olmalıdır. Çalışmaq lazımdır ki, maksimum dərəcədə öz sahənizə və ya müraciət etmək istədiyiniz sahəyə uyğun hazırlansın.
İş təcrübəsi
İstər frilans işlədiyiniz, istərsə də full-time işlədiyiniz yerlərdən iş yerindən arayış ala bilərsiniz. Çalışdığınız yerdə içş yerindən arayışı birbaşa direktordan deyil, HR-dan almağınız sizə daha çox üstünlükdür. Çalışmaq lazımdır ki, proqram üzrə prioritet sahələrdə iş təcrübəniz varsa, ordan arayış alasınız.
İş saatları isə işlədiyiniz günlərə, aylara əsasən hesablanır. Tutaq ki, iki il iş təcrübəniz varsa, istirahət günlərini çıxmaqla iş günlərini işlədiyiniz saatlara vurmaqla ümumi saatları hesablaya bilərsiniz. Maksimum 3 təşkilatdan olmaqla cəmi 3000 saat iş təcrübəniz olmalıdır.
Prosesə nə vaxt başlamaq lazımdır?
İlk növbədə universitetlərə müraciət zamanı 90 avro application fee ödəməlisiniz. Bu məbləği bir dəfə ödəyirsiniz və bu 4 universiteti əhatə edir. Təqaüd proqramı üçün ayrıca application fee tələb olunmur.
Prosesə ilk olaraq universitetlərə müraciət etməklə başlanılır. Universitetlərə müraciətlər oktyabr ayının ortasından başlayır və yanvar ayının 15-də sona çatır. Sənədləri isə 1 fevrala qədər yükləyə bilərsiniz.
Təqaüd üçün müraciət prosesi isə fevral ayının 8-dən 28-nə qədər davam edir.
Yekun olaraq, Visby təqaüdünə həm universitetlər, həm şəxslər, həm də şirkətlərin etdiyi bir səhv barədə məlumat vermək istərdik. Bəzi hallarda tələbələr universitetlərin heç birindən qəbul ala bilmədiyi üçün təqaüdə də müraciət edə bilmirlər. İlk növbədə müraciət edilən universiteti araşdırmaq lazımdır. Universitetin tələblərinə diqqət yetirməli, akademik göstəricilərinizə uyğun universitetləri seçməlisiniz. Çünki universitetlərin heç birindən qəbul almasanız, təqaüdə də müraciət edə bilməyəcəksiniz.