İlk növbədə qeyd etmək lazımdır ki, xarici diplomların tanınması icbari deyil. Əgər işə qəbul zamanı işəgötürən tanınma haqqında şəhadətnamə tələb edirsə, ərizəçilər rəsmi veb saytı üzərindən diplomların tanınması barədə müraciət edə bilərlər. Əgər bu müraciət müsbət olaraq qiymətləndirilirsə və şəhadətnamə təqdim edilərsə, ərizəçilər Azərbaycan Respublikasında ali təhsillərini davam etdirmək və ya peşə istiqamətlərinə uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edəcəklər.
Tanınma, Lissabon Konvensiyası, 64 nömrəli Nazirlər Kabinetinin qərarı və digər normativ-hüquqi sənədlərlə tənzimlənir. İlk növbədə, ərizəçilərin sənədləri qəbul olunur, düzgünlüyü yoxlanılır, daha sonra ekspertiza çərçivəsində xarici diplomların Azərbaycanda ali təhsil üzrə dövlət standartlarına uyğunluğu araşdırılır, yəni təhsilin məzmunu, keyfiyyəti, dərs saatları və s. Yekun olaraq bu məlumatlar əsasında qərar qəbul edilir. Qeyd olunan bütün bu proseslər elektron ərizə sistemi üzərindən həyata keçirilir. Sənədlərin qəbulundan tutmuş yekun qərarın verilməsinə qədər sıfır təmas prinsipi tətbiq olunur.
İmtinalar hansı hallarda olur?
İmtinalar o halda qəbul edilir ki, xarici diplom Azərbaycanda ali təhsil üzrə dövlət standartlarına cavab vermir. İmtina səbəbləri arasında ən çox tələbənin təhsil müəssisəsində tələb olunan müddətdən daha az olması və tədris aldığı dil biliklərinin qənaətbəxş olmaması yer alır. Onu da qeyd etmək lazımdır ki, tanınma üçün müraciət etmiş ərizəçilərin 80%-dən çoxu müsbət qərar əldə edirlər, yəni çoxluq təşkil edirlər.
Təhsil alacağı universitet diplomunun Azərbaycanda tanınmasını əvvəlcədən necə müəyyən etmək olar?
Bu məqam böyük əhəmiyyət kəsb edir, çünki ali təhsil müəssisəsi öz ölkəsində tanınmırsa, lisenziyası və ya akkreditasiyası yoxdursa, təhsil müəssisəsinin verdiyin diplom heç bir ölkədə tanınmayacaq. Ona görə valideynlərə, tələbələrə və təhsil alanlara tövsiyə olunur ki, xaricdə oxuyacağı təhsil müəssisəsini seçməzdən əvvəl universitetin statusu barədə hərtərəfli araşdırma aparsınlar və dəqiqləşdirsinlər.
Lisenziyalar və akkreditasiyalar müvafiq dövlətin səlahiyyətli qurumu tərəfindən verilir və bəzi hallarda müəyyən müddət üçün təyin olunur. Bu müddət daimi olaraq yenilənir və həmin universitetlərin siyahıları, onların adları, yerləşdikləri elektron resurslarda daimi olaraq dəyişir. Ona görə də rəsmi səhifədə tanınma üçün ən çox müraciət olunan top 10 ölkənin akkreditasiyalar yerləşdirilib. Paralel olaraq, vətəndaşlar digər ölkələrdə yerləşən universitetlər barədə məlumat əldə etmək istəsələr, Avropa Məlumat Mərkəzləri Şəbəkəsinin rəsmi internet səhifəsinə daxil olub kənarda yerləşən ölkəni seçməklə həmin siyahı ilə tanış ola bilərlər. Əgər bu ölkə həmin siyahıda yoxdursa, müvafiq ölkənin Təhsil Nazirliyinin elektron portalına daxil olub bu məlumatı dəqiqləşdirmək mümkündür.
Tanınma hansı müddətdə həyata keçirilir?
Tanınma 1 aydan daha az müddətə həyata keçirilir. Bu da ötən illərlə müqayisədə təxminən 3 dəfə daha qısa tələbat deməkdir. Bəzi hallarda tanınma daha uzun müddət çəkə bilir. Buna səbəb həmin ərizənin tanınması üçün əlavə məlumatların, sənədlərin tələb olunması zərurətindən irəli gəlir.
Tanınma ilə bağlı xidmət haqqı Nazirlər Kabinetinin 507 saylı qərarı ilə Sənədlərin qəbulu və ekspertizanın keçirilməsi üçün 250 manat dəyərində müəyyənləşdirilib.
qanunvericilikdə nəzərdə tutulmuş qaydada 30 gün ərzində məhkəməyə şikayət edə bilərlər. Qanunvericiliyə yaxın gələcəkdə əlavə və dəyişikliklərdən sonra ərizəçilərin məhkəmə ilə yanaşı, appelyasiya komissiyasına müraciət etmək hüququ da yaranacaq.
Distant təhsilin tanınması
Distant təhsilin tanınması üçün ilk növbədə distant təhsil üzrə tədris proqramları təsdiq olunmalıdır. Bu proqram olduqdan sonra artıq Təsdiq və Keyfiyyət Təminatı Agentliyi xarici distant təhsilinin tanınmasını həyata keçirə bilər. Lakin istisna hal kimi hal-hazırda Agentlik pandemiya səbəbindən təhsilinin bir qismini distant almaq məcburiyyətində olan şəxsləri nəzərə alır.